[b]Şakiri “Liverpul”a keçir[/b]
13.07.2018 - 12:38
“Stok Siti”nin yarımmüdafiəçisi Cerdan Şakiri “Liverpul”a keçidi rəsmiləşmək üzrədi. Apasport.az saytının “Liverpool Echo”ya istinadən məlumatına görə, Mersisayd klubu isveçrəli futbolçunun müqaviləsində göstərilən sərbəst qalma məbləğini ödəmək qərarına gəlib.
Keçid “qırmızılar”a 13,5 milyon funt-sterlinqə başa gələcək. Yaxın günlərdə Şakiri tibbi yoxlanışdan keçəcək.
2017-18 mövsümündə İngiltərə Premyer Liqasında 36 matçda meydana çıxan Şakiri 8 qol, 8 məhsuldar ötürmə ilə yadda qalıb.
0
0