Salahın boşluğunu Arda Güler doldura bilər - İddia
28.10.2024 - 14:47
Salahın boşluğunu Arda Güler doldura bilər - İddia

La Liqa nəhənglərindən "Real Madrid”in yarımmüdafiəçisi Arda Güler komandadan ayrıla bilər.

Apasport.az xarici KİV-ə istinadla xəbər verir ki, Türkiyə millisinin üzvünün Premyer Liqa nəhənginə keçmək variantı var.

Futbolçunun transferində “Liverpul” maraqlıdır. Klub rəhbərliyi mövsüm sonunda komandadan ayrılacağı təqdirdə Muhammed Salahın yerinə Güleri gətirmək istəyir. 

Mersisayd klubunun rəhbərliyi onun transferi üçün 70 milyon avro ayırmağa hazırdır. Bu təzminat məbləği “kral klubu”nun rəhbərliyini qane etmir.

Belə ki, onlar ən azı 80 milyon avro ilə danışıqlara başlamaq niyyətindədirlər.

Qeyd edək ki, ulduz futbolçu bu mövsüm İspaniya çempionatında 7 matça çıxıb, 251 dəqiqə meydanda olub. 

0