“Napoli”nin sabiq baş məşqçisi Mauritsio Sarri “Çelsi”yə keçmək üzrədi. Apasport.az saytının “Sport Italia”ya istinadən məlumatına görə, London klubu italiyalı mütəxəssisin müqavilə haqlarını 5 milyon avro qarşılığında almağa hazırlaşır.
Həmçinin iki klub arasında “centlmenlik sazişi” imzalanacağı gözlənilir. Anlaşmaya əsasən, “Çelsi” “Napoli”nin oyunçuları Əlsəid Hüsay, Raul Albiol, Petr Zelinski və Kalidu Kulibalini transfer etməyə çalışmayacaq.
Karlo Ançelottinin baş məşqçi təyin olunmasına baxmayaraq, Mauritsio Sarrinin “Napoli” ilə 2019-cu ilin yayına kimi nəzərdə tutulan müqaviləsi hələ də qüvvədədi. Bu səbəbdən “Çelsi” sərbəst qalma məbləği ödəməlidi.
Sarri “Çelsi”nin baş məşqçisi olacağı təqdirdə Canfranko Zolanın klubun idman direktoru vəzifəsinə təyinat alacağı gözlənilir.