[b]Sautqeytə şərt qoyuldu: Müqaviləni yeniləmək üçün...[/b]
06.07.2018 - 11:04
[b]Sautqeytə şərt qoyuldu: Müqaviləni yeniləmək üçün...[/b]

İngiltərə millisinin baş məşqçisi Qaret Sautqeyt uzun müddət postunda qala bilər. Apasport.az saytının Britaniya mətbuatına istinadən məlumatına görə, yerli futbol federasiyası onunla müqavilə müddətini yeniləmək niyyətindədi.

 

Belə ki, federasiya onun 2020-ci ilə qədər olan sözləşməsini daha 2 il uzatmağı düşünür. Ancaq bunun üçün ilk növbədə Sautqeyt yığmanı AÇ-2020-yə daşımalıdı. Bu baş verərsə, baş məşqçi DÇ-2022-də də millinin “sükanı arxası”nda olacaq.

 

Qeyd edək ki, Rusiyada keçirilən dünya çempionatında İngiltərə yığması mübarizəni davam etdirir. Adalılar 1/4 finalda sabah İsveçlə qarşılaşacaq.