“Şaxtyor”dan 14-cü çempionluq
28.05.2023 - 20:35
“Şaxtyor”dan 14-cü çempionluq

“Şaxtyor” Ukrayna Premyer Liqasının qalibi olub.

Apasport.az saytı xəbər verir ki, Donetsk klubu 14-cü dəfə ölkənin ən güclüsü adını qazanıb.

“Şaxtaçılar” 29-cu turda ən yaxın izləyicisi “Dnepr-1”ə 3:0 hesabı ilə qalib gəlib və xallarının sayını 72-yə yüksəldib. İki komanda arasında fərq 8 xal olduğu üçün komanda çempionluğu rəsmiləşdirib. 

Qeyd edək ki, Kiyev “Dinamo”su 16 çempion titulu ilə rekordçudur.
 

0