[b]“Səbail”də yeni müqavilə[/b]
16.06.2018 - 17:52
Mövsümlərarası fasilədə transfer çalışmalarını davam etdirən “Səbail” növbəti müqaviləsini rəsmiləşdirib. Apasport.az saytının məlumatına görə, paytaxt təmsilçisi Fəhmin Muradbəylini heyətində saxlayıb.
2017/18 mövsümünün qış fasiləsində “Neftçi”dən icarəyə götürülən yarımmüdafiəçi yenə “Səbail”in uğurları üçün çalışacacaq. Onunla icarə müqaviləsi uzadılıb.
Qeyd edək ki, Fəhmin ötən mövsümdə “Səbail”də keçirdiyi 13 oyunda 3 qol vurub.
0
0