[b]Şehiçin ünvanı bəlli oldu[/b]
05.07.2018 - 19:57
[b]Şehiçin ünvanı bəlli oldu[/b]

“Qarabağ”dan ayrıldıqdan sonra adı bir sıra klublarla hallanan İbrahim Şehiçin nəhayət yeni ünvanı bəlli olub. Apasport.az saytının Türkiyə mətbuatına istinadən məlumatına görə, bosniya və herseqovinalı qapıçı “B.B. Ərzrumspor”la anlaşıb.

 

Yeni mövsümdən etibarən Super Liqada çıxış edəcək klubla Şehiç arasında 2 illik anlaşma imzalanıb.

 

Qeyd edək ki, 2013-cü ildən “Qarabağ”da çıxış edən qapıçı daha əvvəl 2011-2013-cü illərdə Türkiyədə çıxış edərək “Mərsin İdman Yurdu”nun formasını geyinib.