Bir neçə gündür “Fənərbaxça”nın gündəmini zəbt edən Allan Sent-Maksimin transferi hər an yekunlaşa bilər.
Apasport.az xəbər verir ki, İstanbul klubu fransız futbolçunu transfer hüququ ilə birgə icarəyə götürmək istəyir.
Türkiyə mediasında yazılan xəbərlərə görə, futbolçunun təklifi qəbul etməsində əsas rolu Joze Mourinyo oynayıb.
“Fənərbaxça” və “Əl-Əhli” arasında danışıqlar davam edir. “Əl-Əhli” rəhbərliyi Sent-Maksiminin komandada qalmasını istəmir.
Qeyd edək ki, 27 yaşlı vinger hazırki komandasına 27 milyon avro qarşılığında “Nyukasl Yunayted”dən qoşulmuşdu. O, Səudiyyə Ərəbistanı təmsilçisinin heyətində 30 oyuna çıxıb, 4 qol vurub, 10 qol ötürməsi edib.
- DÇ-2026: Portuqaliya millisinin HEYƏTİ BƏLLİ OLDU
- DÇ-2026: Şotlandiya millisinin heyəti bəlli oldu: Robertson və dostları sürpriz axtarışında
- DÇ-2026: Heyətdə tanış adlar: Bakambu, Banza, Masuaku
- DÇ-2026: Avstriya millisinin heyəti bəlli oldu
- Qvardiola gedir, keçmiş köməkçisi gəlir: “Siti”də yeni dövr