Serbiya klubunun meydançası yandırıldı - VİDEO
23.09.2024 - 10:38
Serbiya klubunun meydançası yandırıldı - VİDEO

Serbiya təmsilçilərindən “Partizan” klubunun stadionu, “Srvena Zvezda” ilə oyun öncəsi naməlum şəxslər tərəfindən hücuma məruz qalıb.

Apasport.az xəbər verir ki, hadisə sentyabrın 21-dən 22-nə keçən gecə baş verib.

Naməlum şəxslər stadionun ot örtüyünü yandırmaq üçün tezalışan mayedən istifadə ediblər. Daha sonra isə şüşə qırıqlarını meydançaya səpələyiblər.

İlkin araşdırmalara görə, stadionun bəzi hissələrinin ciddi zərər gördüyü, xüsusilə oturacaqların və texniki avadanlıqların xeyli miqdarda yanmış olduğu bildirilib. 

Klub artıq hüquq-mühafizə orqanlarına müraciət edib. Hadisə ilə bağlı araşdırmaların başladığı bildirilib.

Qeyd edək ki, “Partizan”-“Srvena Zvezda” matçı bu gün saat 21:00-da keçiriləcək.

0