İspaniya Kral Futbol Federasiyasının (RFEF) İntizam Komitəsi “Sevilya”nın braziliyalı müdafiəçisi Markaoya ağır cəza verib.
Apasport.az xəbər verir ki, buna La Liqanın 17-ci turunda “Real”la matçdan sonra baş verənlər səbəb olub.
Futbolçu görüşün baş hakimi Alexandro Munyis Ruisə qarşı təhqiramiz ifadələr işlətdiyi, qeyri-idman davranışı sərgilədiyi və ikinci sarı vərəqənin ardından meydandan qovulduğu üçün 6 oyunluq diskvalifikasiya olunub.
Beləliklə, Markaonun fevralın ortasına qədər rəsmi matçlarda meydana çıxa bilməyəcəyi müəyyənləşib. “Sevilya”nın qərardan şikayət etmək hüququ olsa da, cəzanın azalma ehtimalının cüzi olduğu vurğulanıb.
“Real” – “Sevilya” görüşü meydan sahiblərinin 2:0 hesablı qələbəsi ilə başa çatıb.
- Ertuğrul Doğandan mərc ittihamlarına cavab: “Bu, hamı üçün dərs olsun”
- Türkiyə futbolunda mərc skandalı - “Trabzonspor”un prezidenti də siyahıda
- “Roma” Messinin vida matçına iki futbolçusunu buraxmadı
- “Tottenhem” və “Aston Villa” 20 yaşlı argentinalının izində
- “Qalatasaray” milli fasilədə yoxlama matçı keçirəcək