[b]“Səviyyə baxımından rəqibdən üstünük” – Sənan Qurbanov [/b]
18.07.2018 - 22:44
[b]“Səviyyə baxımından rəqibdən üstünük” – Sənan Qurbanov

[/b]

“Evdə keçirilən ilk oyunda məğlub olmağımız çox pis haldır. Rəqib komanda nə qədər kompakt, müdafiə futbolu göstərsə də, biz öz oyunumuzu nümayiş etdirsəydik, nəticə fərqli ola bilərdi”. Apasport.az saytının məlumatına görə, bu sözləri “Qəbələ”nin baş məşqçisi Sənan Qurbanov deyib.

 

38 yaşlı çalışdırıcı sabah keçiriləcək Lüksemburqun “Proqres” klubu ilə UEFA Avropa Liqasının I təsnifat mərhələsinin cavab oyunu öncəsi fikirlərini “qırmızı-qaralar”ın rəsmi saytına açıqlayıb: “Öz meydamımızdakı məğlubiyyətdən sonra mərhələ adlamağımız çətin görünür. Lakin mən komandamıza inanıram. Lüksemburqa da bu fikirlə gəlmişik. “Proqres”dən güclü olduğumuzu sübut etmək istəyirik”.

 

Qurbanov komandadakı durum və heyətdə gözlənilən dəyişikliklər barədə də danışıb: “Komandada yaxşı ab-hava var. İlk oyundakı məğlubiyyət bizi daha da birləşdirib. Komanda şəklində qarşılaşmadan müsbət nəticə ilə ayrılmaq istəyirik. Bilirik ki, səviyyə baxımından rəqibdən üstünük. Səfər matçında qalib gəlib, mərhələ keçmək istəyirik. İlk oyunla müqayisədə heyətdə bir neçə dəyişiklik olacaq. Vojislav Stankoviç zədəli olduğu üçün səfər matçına gəlməyib. İlk görüşü zədə səbəbindən buraxan komandamızın kapitanı Cavid Hüseynovun səfər matçında meydana çıxmaq ehtimalı yüksəkdir”.

 

0