“Ramil Şeydayevlə bağlı qərar vermək məşqçilər korpusunun səlahiyyətindədi”. Apasport.az saytının məlumatına görə, bunu “Trabzonspor” prezidentinin məsləhətçisi Özkan Sümer deyib.
Azərbaycan millisinin hücumçusu “Mattersburq”la ortaq məxrəcə gələ bilmədiyindən, müqavilə ilə məxsus olduğu Trabzon klubuna qayıdıb. Sümer yerli mətbuata açıqlamasında Sloveniya toplanışına qatılan 22 yaşlı forvardın taleyinin baş məşqçi Ünal Karamandan asılı olduğunu söyləyib: “Baş məşqçi razı qalsa, Şeydayev “Trabzonspor”da qalacaq. Çünki maddi cəhətdən kluba elə bir ziyanı yoxdu. Onsuz da, Ramil baş məşqçinin tələbi ilə qaytarıldı. Toplanış bitdikdən sonra onun qalıb-qalmayacağına aydınlıq gələcək”.
Qeyd edək ki, Ramil Şeydayev ötən mövsümü icarə əsasında “Qarabağ”da keçirib.