[b]Şeydayev yeni klubuna qoşulur[/b]
04.07.2018 - 11:33
[b]Şeydayev yeni klubuna qoşulur[/b]

Azərbaycan millisinin hücumçusu Ramil Şeydayevin yeni klubu müəyyənləşmək üzrədi. Apasport.az saytının Avstriya mətbuatına istinadən məlumatına görə, gənc forvardın yerli “Mattersburq”a keçidi baş tutacaq.

 

Şeydayev müqavilə ilə “Trabzonspor”a məxsus olsa da, Türkiyə təmsilçisi onu saxlamaq niyyətində deyil və 22 yaşlı futbolçuya özünə yeni klub tapmaq tapşırılıb. Təlim-məşq toplanışını davam etdirən “Mattersburq”da isə Şeydayevin yolunu gözləyirlər. Onun gələn həftənin əvvəllərində Avstriyaya yollanacağı və yeni klubu ilə münasibətləri rəsmiləşdirəcəyi bildirilib. Baş məşqçi Gerald Baumqartner də bu keçidin tezliklə reallaşmasının tərəfdarıdı. O, yeni mövsüm öncəsi heyəti tam formalaşdırmaq niyyətində olduğundan, bütün transferlərin qısa müddətdə həllini tapmasını tələb edib.

 

Qeyd edək ki, ötən mövsümü icarə əsasında “Qarabağ”da keçirən Ramil Şeydayevin transferinin “Mattersburq”a havayı başa gəlməsi gözlənilir.