[b]Şeydayevli “Trabzonspor”dan böyükhesablı qələbə[/b]
30.07.2018 - 10:08
Azərbaycan millisinin hücumçusu Ramil Şeydayevin formasını geyindiyi “Trabzonspor” növbəti yoxlama görüşü keçirib. Apasport.az saytının məlumatına görə, “bordo-mavililər” aşağı liqa təmsilçisi “Samsunspor”u sınağa çəkib.
Matça ehtiyatdan başlayan Şeydayev fasilədən sonra Sosanı əvəzləyib. Trabzonlular məhz ikinci hissədə vurduqları 3 qol sayəsində böyükhesablı qələbə qazanıblar – 3:0.
Komandanın heyətində Pereyra, Amiri və Muhammet Bəşir fərqlənib.
0
0