Şimanski “Fənər”dən ayrıla bilər
13.11.2024 - 14:56
Polşa millisinin üzvü Sebastian Şimanski qışda “Fənərbaxça”dan ayrıla bilər.
Apasport.az xəbər verir ki, oyunçu ilə İtaliyanın “Napoli” klubu maraqlanır.
Neapol təmsilçiləri 25 yaşlı futbolçunu izləmək üçün Portuqaliya-Polşa oyununu yaxından izləyəcək.
“Napoli” keçən yay oyunçu üçün “Fənərbaxça”ya təklif göndərsə də, “sarı-lacivərdlilər"dən rədd cavabı almışdılar.
Qeyd edək ki, Şimanski bu mövsüm oynadığı 19 matçda, 1 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb.
- Premyer Liqada ayın ən yaxşı məşqçisi bəlli olub
- Yoxlama matçı: "Qalatasaray" 0:3-dən geri döndü
- İngiltərə Futbol Assosiasiyasından “Mançester Siti” açıqlaması: “Lazım gələrsə, tədbir görəcəyik”
- “Qalatasaray”da Lemina sevinci – Komanda ilə məşqlərə başladı
- Vitinya: “Jorje Jezuşun işi artıq nəticə verir”
0
0