Simeonenin istəyi
01.04.2023 - 16:07
Simeonenin istəyi

Madrid “Atletiko”su yayda heyətini gücləndirməyi planlaşdırır.

Apasport.az saytı xəbər verir ki, baş məşqçi Dieqo Simeone "Çelsi"nin yarımmüdafiəçisi Nqolo Kanteni komandasında görmək istəyir. 

İngiltərə təmsilçisi ilə müqaviləsi yayda bitəcək 32 yaşlı yarımmüdafiəçinin təklifi müsbət cavablandıracağı bildirilir. “Çelsi” Kante ilə razılaşmanın müddətini artırmağa çalışsa da, futbolçu “hə” cavabını vermir. 
 
Qeyd edək ki, 2016-cı ildən “Çelsi”nin şərəfini qoruyan Kante bu mövsüm zədə səbəbindən 2 oyunda iştirak edə bilib.

0