"Siti" "Barselona"ya 65 milyona futbolçu satmağa razıdır
04.03.2023 - 23:49
"Barselona" "Mançester Siti"nin portuqaliyalı yarımmüdafiəçisi Bernardu Silvanı əsas transfer hədəfi hesab edir.
Apasport.az xəbər verir ki, klub rəhbəri Joan Laporta və agenti Jorje Mendes yeni transfer məhdudiyyətlərinə baxmayaraq, Silvanın transferi üzərində işləyirlər.
Yarımmüdafiəçinin özü də "blauqrana"ya keçmək istəyir. "Şəhərlilər"in rəhbərliyi isə onu buraxmağa hazırdır.
"Mançester Siti" Bernadu Silvanı 65 milyon avroya satmağa razıdır. İddialara görə, "Barselona"nın əsas problemi ildə 7 milyon avrodan çox pul istəyən portuqaliyalının maaşıdır.
- Türkiyə futbolunda qalmaqal böyüyür – TFF-dən MHK açıqlaması
- "Sabah" "Qarabağ"ı "Dalğa Arena"da qəbul edəcək
- Braziliyadan Avstraliyaya 4 qol – Ançelottinin komandasından geridönüş
- Avropa nəhəngləri “Porto”nun müdafiəçisi uğrunda mübarizəyə qoşuldu – 65 milyon avro
- Türkiyə futbolunda şok dalğası – MHK sədri Ferhat Gündoğdu saxlanıldı
0
0