Skandal: Futbolçunun yerinə əkiz qardaşı oyuna çıxdı
13.05.2024 - 14:20
Skandal:   Futbolçunun yerinə əkiz qardaşı oyuna çıxdı

Rumıniya çempionatında görülməmiş hadisə baş verib. 

Apasport.az “Pro sport”a istinadən xəbər verir ki, “Dinamo”nun (Buxarest) müdafiəçisi Edqar Yenin əvəzinə meydana əkizi çıxıb. İddialara görə, Yenin qardaşı Edelino onu 5 oyunda əvəz edib.

Məsələ üzrə araşdırma aparılır. İddialar sübuta yetirilərsə, “Dinamo” aşağı liqaya düşə bilər.

Qeyd edək ki, Edqarın ingiliscə yaxşı səviyyədə danışa bildiyi, lakin əkiz qardaşının özünü yalnız portuqal dilində ifadə etdiyi üçün şübhələr yaranıb.

Xatırladaq ki, Edqar Ye karyerası ərzində “Lill”, “Feyenoord”, “Trabzonspor” və “Başakşehir”də forma geyinib.

0