[b]Sloveniyalılar “Olimpiya”ya maraq göstərmir[/b]
10.07.2018 - 16:06
[b]Sloveniyalılar “Olimpiya”ya maraq göstərmir[/b]

Çempionlar Liqasının I təsnifat mərhələsində keçiriləcək “Olimpiya” – “Qarabağ oyununda anşlaq gözlənilmir. Apasport.az saytı xəbər verir ki, bu barədə Sloveniya mətbuatı məlumat yayıb.

 

Bildirilir ki, yerli əhalinin qarşılaşmaya marağı elə də yüksək deyil. Təsadüfi deyil ki, hələlik cəmi 4000 bilet satılıb. Bu isə 16 min azarkeş tutumuna malik arena üçün aşağı göstəricidi. Qarşıdakı bir gün ərzində isə çox biletin satılması gözlənilmir.

 

Qeyd edək ki, Lyublyananın “Stojitse” stadionunda baş tutacaq oyun Bakı vaxtı ilə 22:00-da start götürəcək.