Kris Smollinq karyerasını Səudiyyə Ərəbistanında davam etdirəcək.
Apasport.az xəbər verir ki, "Roma" 34 yaşlı ingilis futbolçusunu Səudiyyə Ərəbistanı təmsilçisi "Əl-Fayha" klubuna satıb.
İngiltərəli yeni komandası ilə 2 illik müqavilə imzalayıb.
İngiltərə millisinin sabiq üzvü olan Smollinq 2019-cu ilin avqust ayından İtaliya klubunda çıxış edirdi. O, "canavarlar"ın heyətində 155 matça çıxıb, 10 qol və 4 məhsuldar ötürmə ilə yadda qalıb.
İngilis futbolçusu karyerası ərzində "Mançester Yunayted" və "Fulhem" formalarını da geyinib.
Qeyd edək ki, Kris son mövsümdə "Roma"nın heyətində cəmi 8 oyunda meydana çıxıb.
- "Real"da ciddi itki: VALVERDENİN DURUMU BƏLLİ OLDU
- Tuxeldən sürpriz qərar – 16 yaşlı “Arsenal”lı İngiltərə millisinə qoşula bilər
- “Qalatasaray”a Osimhen müjdəsi – Qayıdacağı tarix bəlli oldu
- “Mançester Yunayted” Premyer Liqadan müdafiəçi seçdi
- “Mançester Yunayted” Premyer Liqada sonuncudur – Şok statistika