"Spartak"ın sabiq futbolçusu İngiltərədə çıxış edəcək
10.09.2024 - 14:41
Moskva "Spartak"ının keçmiş futbolçusu Viktor Mozes İngiltərədə çıxış edə bilər.
Apasport.az xəbər verir ki, nigeriyalı futbolçu Çempionşipdə çıxış edən "Luton Toun"la müqavilə imzalayıb.
33 yaşlı afrikalı İngiltərə klubunun heyətinə azad agent kimi qoşulub.
Tərəflər gələn ilin yayına qədər müqavilə imzalayıblar.
Viktor ötən mövsüm “Spartak”ın rənglərini qoruyub. Yarımmüdafiəçi Rusiya Premyer Liqasında 16 matçda iştirak edib, 1 qol vurub.
- Almaniya millisində iki ciddi itki – Musiala və Haverts sıradan çıxdı
- Serdal Adalıdan “Qalatasaray”a atmaca: "Allah onlara səbir versin"
- Burak Yılmaz Superliqaya qayıtdı – “Çorum”un yeni baş məşqçisi oldu
- Roberto Karlos Ronaldoya “10 il” verdi – “Nə vaxt istəsə, onda da gedəcək”
- Türkiyə - Fransa matçı bu kanalda - TV AFİŞA
0
0