Suares: “Onlardan üzr istəməyəcəm”
01.12.2022 - 17:21
Suares: “Onlardan üzr istəməyəcəm”

“Bəli, 2010-cu ildə keçirilən dünya çempionatında Qanaya qarşı matçda əllə oynamışdım. Buna görə də qırmızı vərəqə almışdım”.

Apasport.az saytının məlumatına görə, bunu Uruqvay millisinin hücumçusu Luis Suares deyib. 

35 yaşlı hücumçu 12 il öncə Qana yığması ilə matçda əllə oynamasına yenidən münasibət bildirib. Onun sözlərinə görə, bu, onun səhvi deyil: “Həmin vaxt rəqib təyin olunmuş penaltini yerinə yetirə bilmədi. Ona görə də bu hal mənim səhvim deyil. Əgər rəqibə zədə yetirsəydim, ondan üzr istəyə bilərdim. Amma əllə oynadığıma görə bunu etməyəcəm”.

Uruqvayla Qana 2010-cu il dünya çempionatının 1/8 final mərhələsində qarşılaşıb. Həmin matçda 1:1 hesabı qeydə alınıb. Oyun sonrası penaltilərdə Uruqvay millisi daha dəqiq olaraq 1/4 finala vəsiqə qazanıb. 

Qeyd edək ki, DÇ-nin G qrupunda baş tutacaq Qana – Uruqvay matçı dekabrın 2-si Bakı vaxtı ilə 19:00-da keçiriləcək.
 

0