Daha 3 futbolçu “Sumqayıt”la rəsmən yollarını ayırıb. Apasport.az saytının məlumatına görə, bunlar müdafiəçi Tural Axundov, yarımmüdafiəçilər Kamal Mirzəyev və Rəşad Eyubovdu.
Müqavilə müddəti başa çatan adıçəkilən oyunçular yeni saziş imzalamayıblar. Tural və Rəşad özləri “gənclik şəhəri” təmsilçisində qalmaqda maraqlı olmayıblar. Onların yenidən eyni komandada çıxışı gözlənilir. Çünki Axundov və Eyubov “Neftçi”yə keçməyə çox yaxındılar.
Həmçinin Elnur Abdullayevin də klubla vidalaşması gözlənilir.
Qeyd edək ki, “Sumqayıt” buna qədər Bəhlul Mustafazadə, Fərhad Vəliyev, Azər Salahlı və Amil Yunanovla vidalaşmışdı.