[b]“Sumqayıt”dan növbəti transfer[/b]
13.07.2018 - 13:42
2018-19 mövsümü üçün transfer çalışmalarını davam etdirən “Sumqayıt” daha bir futbolçu ilə heyətini gücləndirib. Apasport.az-ın klubun saytına istinadən məlumatına görə, yarımmüdafiəçi Qvanzav Maqomedov “gənclik şəhəri” təmsilçisi ilə anlaşıb.
Son mövsümü “Sabah”da keçirən Maqomedov yeni komandası ilə 1 illik müqavilə imzalayıb. O, “Sumqayıt”da 44 nömrəli formada çıxış edəcək.
Qeyd edək ki, Qvanzav Maqomedov “Sabah”la (14 oyun, 1 qol) yanaşı, “Şahdağ” (27 oyun, 4 qol), “Zirə” (12 oyun, 2 qol), AZAL (28 oyun), "Səbail" və “Znamya Truda”nın (13 oyun) şərəfini qoruyub.
0
0