Super Liqa təmsilçisində yeni təyinat - RƏSMİ
19.08.2025 - 18:28

"Qaziantep"in yeni baş məşqçisinin adına aydınlıq gəlib.
Apasport.az xəbər verir ki, Super Liqa təmsilçisinə Burak Yılmaz rəhbərlik edəcək.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
40 yaşlı mütəxəssislə bir illik müqavilə imzalanıb.
Qeyd edək ki, Burak Yılmazın son iş "Kasımpaşa" olub. "Qaziantep" isə İsmet Taşdemirlə yollarını ayırıb.
1
0