Super Liqada yeni mövsümün başlanma vaxtı bəlli olub
14.05.2024 - 17:54
Super Liqada yeni mövsümün başlanma vaxtı bəlli olub

Türkiyə Super Liqasında yeni mövsümün başlanma tarixi bəlli olub.

Apasport.az xəbər verir ki, bu barədə Türkiyə Futbol Federasiyası məlumat yayıb. 

Bildirilib ki, Super Liqada yeni mövsüm 2024-cü il avqustun 9-da başlayacaq və 2025-ci il iyunun 1-də başa çatacaq. Super Liqada yeni mövsümün ilk yarısı 20, 21, 22, 23 dekabr 2024-cü il tarixlərində keçiriləcək matçlardan sonra yekunlaşacaq.

Super Liqada 2024/25 mövsümünün ikinci yarısı 3, 4, 5, 6 yanvar 2025-ci il tarixlərində keçiriləcək qarşılaşmalarla başlayacaq.

0