[b]Superkubok üçün sürpriz məkan: Mərakeş[/b]
09.07.2018 - 23:08
Futbol üzrə İspaniya Super Kubokunun matçının keçiriləcəyi tarix və məkan bəlli olub. Apasport.az saytının məlumatına görə, həlledici oyun avqustun 12-də baş tutacaq.
İspaniya La Liqasının qalibi “Barselona” və ölkə kubokunun finalçısı “Sevilya” komandalarının üz-üzə gələcəyi final qarşılaşması Mərakeşdə oynanılacaq.
Qeyd edək ki, “Sevilya” “Neftçi”nin Avropa Liqasının II təsnifat mərhələsindəki potensial rəqibidir.
0
0