Superkubokun ən yaxşısı
17.08.2023 - 09:51
Superkubokun ən yaxşısı

UEFA Superkuboku uğrunda matçın ən yaxşı futbolçusu bəlli olub.

Apasport.az saytının məlumatına görə, “Mançester Siti”nin futbolçusu Koul Palmer matçın oyunçusu seçilib.

O, komandasının “Sevilya” ilə görüşündə hamıdan yaxşı olub. Bu qarşılaşma 1:1 hesabı ilə başa çatıb. Mançesterlilər penaltilər seriyasında 5:4 hesabı ilə qalib gəlib.

Qeyd edək ki, “Mançester Siti”nin bərabərlik qoluna Palmer imza atıb.
 

0