Naxçıvan Muxtar Respublikasında keçirilən III Heydər Əliyev Kubokuna yekun vurulub. Apasport.az saytının məlumatına görə, 12 iyunda başlanıb 15 iyun Qurtuluş günündə başa çatan yarışın qalibi “Şüvəlan” olub.
Ötən mövsümdə I Divizionun bürünc medallarını əldə edən “Şüvəlan” Heydər Əliyev Kubokunda bütün rəqiblərindən çox, 7 xal qazanıb. Bununla da gənc Aqil Nəbiyevin komandası turnirin qızıl medallarına və kubokuna sahib çıxıb.
Yarışda 2-ci yeri yerli “Araz Naxçıvan” tutub.
Bürünc medallara isə “Zaqatala” yiyələnib.
Ötənilki qalib MOİK klubu isə bu dəfə mükafatsız qalıb.
Turnirin son günündə keçirilən oyunlarda aşağıdakı nəticələr qeydə alınıb:
Heydər Əliyev Kuboku, 3-cü tur
15 iyun
Zaqatala - Şüvəlan 2:2
Qollar: Nicat Muxtarov, 29. Sərxan Abdullayev, 60 - Rəhman Musayev, 34; 74-pen.
Araz Naxçıvan - MOİK 2:2
Qollar: Nuran Qurbanov, 40. İlqar Ələkbərov, 70 - Əli Banişevski, 7. Fərmayıl Əliyev, 48.