Təmsilçimiz 1/8 finalda məğlub oldu
02.02.2024 - 16:36
Təmsilçimiz 1/8 finalda məğlub oldu

Bu gün Parisdə başlayan “Böyük dəbilqə” turnirində Azərbaycan millisinin hə iki təmsilçisi uğursuz çıxış edib.

Apasport.az xəbər verir ki, İmran Yusifov ilk görüşdə tacikistanlı Merzod Sufiyevi məğlub edib. Daha sonra isə Monqolustan təmsilçisi Ariunbold Enxatayvanı mübarizədən kənarlaşdırıb.

Lakin Yusifov 1/8 finalda fransalı Romain Pikarda məğlub olub. 

Nazir Talıbov isə start matçında ukraynalı rəqibi Artyom Lesyuka uduzub.

0