TFF açıqladı: "Fənərbaxça" - "Qalatasaray" matçının saatı dəyişdirildi
04.03.2024 - 16:11
TFF açıqladı: "Fənərbaxça" - "Qalatasaray" matçının saatı dəyişdirildi

İstanbul derbisinin başlama saatı dəyişdirilib. 

Apasport.az bu barədə Türkiyə Futbol Federasiyasına istinadla xəbər verir. 

"Fənərbaxça" ilə "Qalatasaray" arasında keçiriləcək Super Kubok matçı aprelin 7-si Bakı vaxtı ilə 22:30-da baş tutacaq. 

Qeyd edək ki, matç Şanlıurfada "11 Nisan Stadionu"nda oynanılacaq.

0