[b]“Tobol” avrokuboklarla vidalaşdı
[/b]
01.08.2018 - 09:01
Avropa Liqasında II təsnifat mərhələsinin cavab oyunlarına start verilib. Apasport.az saytının məlumatına görə, ilk oyun günündə 1 qarşılaşma baş tutub.
Qazaxıstan “Tobol”u Ermənistanda “Pünik”inin qonağı olub. Meydan sahiblərinin vurduğu yeganə qol III təsnifat mərhələsinə vəsiqənin taleyinə aydınlıq gətirib. Qazaxıstan klubu isə evdə buraxdığı qol üzündən mübarizəni dayandırıb.
Avropa Liqası
II təsnifat mərhələsi
Cavab oyunu
31 iyul
“Pünik” (Ermənistan) – “Tobol” (Qazaxıstan) – 1:0
Qol: Konate, 82
İlk oyun – 1:2
0
0