[b]“Tobol”dan səfər qələbəsi - YENİLƏNİB[/b]
10.07.2018 - 21:56
[b]“Tobol”dan səfər qələbəsi 
 - YENİLƏNİB[/b]

Bu gün Avropa Liqasında təsnifat mərhələsinə start verilib. Apasport.az saytının məlumatına görə, I təsnifat mərhələsinin ilk oyun günündə 1 qarşılaşma baş tutub.

 

Tiflisdə keçirilən qarşılaşmada “Samtredia” Qazaxıstan “Tobol”unu qəbul edib. “Samtredia” hazırda Gürcüstan çempionatında sonuncu sırada qərarlaşsa da, avrokuboklarda rəqibinə müqavimət göstərməyə çalışıb.

 

Belə ki, meydana favorit kimi çıxan Qazaxıstan Premyer Liqasının liderlərindən biri səfər qələbəsini uzatma dəqiqələrindəki qolla qazanıb.

 

Avropa Liqası

I təsnifat mərhələsi, ilk oyun

 

10 iyul

“Samtredia” (Gürcüstan) – “Tobol” (Qazaxıstan) - 0:1

Qol: Maksim Fedin, 90+4