“Tottenhem”in müdafiəçisi Tobi Alderveyreld mövsümlərarası fasilədə komandasını dəyişə bilər. Apasport.az saytının “Daily Mail”ə istinadən məlumatına görə, yeni müqavilə şərtlərini razılaşdıra bilməyən London klubu belçikalı futbolçunun bir il sonra qazanc gətirmədən, azad agent kimi komandadan ayrılmasını istəmir.
Bu səbəbdən də, Alderveyreldin 60 milyon avro qarşılığında “Mançester Yunayted”ə satılması gündəmdədi. “Tottenhem” bu addımı atmağa hazırdı. Əvvəl 75 milyon avro tələb edən “Spörs” rəhbərliyi danışıqlarda müsbət nəticələr əldə olunmadığı üçün sonda endirimə getmək məcburiyyətində qalıb.
Dünya çempionatının bitməsinin ardından “Mançester Yunayted”lə danışıqların yekun mərhələyə qədəm qoyacağı gözlənilir.