"Tottenhem" heyətini 19 yaşlı futbolçu ilə gücləndirib
16.08.2024 - 15:12
İngiltərənin "Tottenhem" klubu hücum xəttini yeni oyunçu ilə gücləndirib.
Apasport.az xəbər verir ki, Premyer Liqa təmsilçisi "Börnli"dən Uilson Odoberti rənglərinə bağlayıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
London klubu 19 yaşlı vingerlə 2029-cu ilin yayına kimi nəzərdə tutulan müqavilə imzalayıb. Fransalı ön xətt oyunçusu "Tottenhem"də 28 nömrəli forma ilə çıxış edəcək.
Qeyd edək ki, "Börnli" Uilson Odoberti ötən ilin yayında "Trua"dan transfer etmişdi. Gənc futbolçu komandanın heyətində meydana çıxdığı 34 rəsmi matçda 5 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb.
- “Arsenal” Arteta ilə razılığa gəldi – Yeni müqavilə imzalanacaq
- "Real"da ciddi itki: VALVERDENİN DURUMU BƏLLİ OLDU
- Tuxeldən sürpriz qərar – 16 yaşlı “Arsenal”lı İngiltərə millisinə qoşula bilər
- “Qalatasaray”a Osimhen müjdəsi – Qayıdacağı tarix bəlli oldu
- “Mançester Yunayted” Premyer Liqadan müdafiəçi seçdi
0
0