"Tottenhem" Musanın komanda yoldaşını transfer etdi
03.02.2024 - 10:20
İngiltərənin "Tottenhem" klubu yarımmüdafiə xəttini yeni oyunçu ilə gücləndirib.
Apasport.az xəbər verir ki, London təmsilçisi "Yurqorden"dən Lukas Berqvallı heyətinə qatıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
İngiltərə klubu 17 yaşlı yarımmüdafiəçi üçün "Yurqorden"ə 10 milyon avro transfer məbləği ödəyib.
Gənc futbolçu mövsüm bitdikdən sonra yeni komandasına qoşulacaq.
Qeyd edək ki, "Yurqorden"də Azərbaycan milli komandasının hücumçusu Musa Qurbanlı da çıxış edir.
- Almaniya millisində iki ciddi itki – Musiala və Haverts sıradan çıxdı
- Serdal Adalıdan “Qalatasaray”a atmaca: "Allah onlara səbir versin"
- Burak Yılmaz Superliqaya qayıtdı – “Çorum”un yeni baş məşqçisi oldu
- Roberto Karlos Ronaldoya “10 il” verdi – “Nə vaxt istəsə, onda da gedəcək”
- Türkiyə - Fransa matçı bu kanalda - TV AFİŞA
0
0