“Tottenhem”dən Kuluşevski üçün iki variant
29.09.2022 - 00:29
“Tottenhem”dən Kuluşevski üçün iki variant

Deyan Kuluşevski “Tottenhem”ə transfer olunacaq.

Apasport.az saytının məlumatına görə, İngiltərə klubu “Yuventus”dan icarəyə götürdüyü futbolçunu alacaq.

Bu, 2022/23 mövsümünün sonunda gerçəkləşəcək. Əgər “Tottenhem” Çempionlar Liqasına yüksəlsə, Deyan isə mövsüm ərzində ən azı 20 görüşdə minimum 45 dəqiqə forma geyinsə, onun üçün 35 milyon avro ödəniləcək. Bu şərtlərdən biri yerinə yetməsə, 22 yaşlı isveçlinin alınması bəndi aktivləşdiriləcək.

Qeyd edək ki, Kuluşevski bu ilin yanvarında ilyarımlıq icarəyə götürülüb.

0
DİGƏR XƏBƏRLƏR
Loading...