[b]TPL-in bombardiri Avropa Liqasında 3-cü yerə şərik çıxdı
[/b]
14.07.2018 - 11:12
Avropa Liqasında bombardirlər siyahısı açıqlanıb. Apasport.az saytının məlumatına görə, cədvələ Adeleke Akinyemi başçılıq edir.
“Ventspils”in futbolçusu 4 dəfə fərqlənib. “Hibernian”ın üzvü Florian Kamberi 2-ci sırada qərarlaşıb. Onun hesabında 3 top var.
3-cü pillənin 11 şəriki var. Bu “11-lik”də “Neftçi”nin hücumçusu Baqali Dabo da yer alıb. Ötən mövsüm TPL-in bombardiri olan fransalı 2 qolla 3-13-cü yerləri tutan oyunçulardan biridi.
Qeyd edək ki, Dabo Macarıstan “Uypeşt”i ilə Bakıdakı qarşılaşmada dubl müəllifi olub.
0
0