[b]TPL klublarının yay macəraları: “Neftçi” hamıdan yaxşıdı...[/b]
31.07.2018 - 10:22
[b]TPL klublarının yay macəraları: “Neftçi” hamıdan yaxşıdı...[/b]

Topaz Premyer Liqasında çıxış edən klubların yay fasiləsindəki beynəlxalq yoxlama oyunları başa çatıb. Apasport.az saytının məlumatına görə, yüksək dəstənin bütün komandaları yeni mövsümə ölkə xaricində hazırlaşıb.

 

Bu klublardan altısı əcnəbilərlə 4 sınaq matçında qüvvəsini sınayıb. “Keşlə” və “Qəbələ” isə 3 qarşılaşmaya çıxıb.

 

Təmsilçilərimiz bu matçlarda 8 qələbə qazanıbsa, 11 dəfə uduzub. 11 görüşdə qalib müəyyənləşməyib. Yoxlama oyunlarında 72 qol vurulub. Rəqib qapılarına 33 top vuran komandalarımız 39 qol buraxıb.

 

Yoxlama oyunlarında ən yaxşı nəticə bütün qarşılaşmalarda qalib gələn “Neftçi”yə məxsusdu – 4 qələbə. “Zirə” və “Sabah” da səfərdən məğlubiyyətsiz dönüb. Lakin sonuncular bütün matçlarda heç-heçə edib.

 

8 komandadan beşi – “Sabah”, “Qarabağ”, “Qəbələ”, “Səbail” və “Keşlə” yayda qələbə nə olduğunu bilməyib. “Keşlə” isə keçirdiyi bütün matçlarda məğlub olub.

 

Klublarımızın beynəlxalq oyunları

 

“Qarabağ” – Avstriyada 4 oyun

“Lüdoqorets” (Bolqarıstan) 1:1, “Vakker” (İnsbruk, Avstriya) 0:0, Suriya yığması 0:1, “Dinamo” (Kiyev, Ukrayna) 0:1

 

“Qəbələ” - Sloveniyada 3 oyun

“Kukesi” (Albaniya) 1:1, “Dinamo” (Zaqreb, Xorvatiya) 0:2, “Krakoviya” (Polşa) 0:1

 

“Neftçi” – Türkiyədə 4 oyun

“Şkupi” (Makedoniya) 2:0, “Dunarea Kalaraşi” (Rumıniya) 2:0, “Çelik” (Bosniya və Herseqovina) 4:1, “Politexnika” (İaşi, Rumıniya) 3:1

 

“Zirə” - Türkiyədə 4 oyun

“Əl-Xaritiya” (Qətər) 1:1, “Girəsunspor” 0:0, “Osmanlıspor” 1:0, “Traktorsazi” U-23 (İran) 3:0

 

“Sumqayıt” – Türkiyədə 4 oyun

“Əl-Şəhaniyyə” (Qətər) 1:1, “Alanyaspor” 0:7, “Yeni Malatyaspor” 3:1, “Giresunspor” 1:0

 

“Keşlə” - Türkiyədə 3 oyun

“Çelik” (Bosniya və Herseqovina) 0:2, “Levadiya” (Estoniya) 2:3, “Traktorsazi” (İran) 0:2

 

“Səbail” – Türkiyədə 4 oyun

“Gənclərbirliyi” 0:3, “Əl-Şəhaniyyə” (Qətər) 2:2, “Sivasspor” 1:2, “İstanbulspor” 0:1

 

“Sabah” – Türkiyədə 4 oyun

“Giresunspor” 1:1, “Osmanlıspor” 1:1, “Sancaktepe Bələdiyyəspor” 2:2, “Alanyaspor” 1:1

 

1

Neftçi

4

4

0

0

11-2

12

2

Zirə

4

2

2

0

5-1

8

3

Sumqayıt

4

2

1

1

5-9

7

4

Sabah

4

0

4

0

5-5

4

5

Qarabağ

4

0

2

2

1-3

2

6

Qəbələ

3

0

1

2

1-4

1

7

Səbail

4

0

1

3

3-8

1

8

Keşlə

3

0

0

3

2-7

0

 

Cəmi

30

8

11

11

33-39

35