Türkiyəli futbolçu "Qarabağ"la matçı buraxacaq
28.10.2024 - 11:53
Yunanıstanın "Olimpiakos" klubunda çıxış edən Yusuf Yazıcı ilk matçında uğursuzluqla üzləşib.
Apasport.az xəbər verir ki, "Asteras"la matçın 70-ci dəqiqəsində oyuna daxil olan Türkiyə millisinin üzvü zədə səbəbindən matçı başa vura bilməyib.
Türkiyəli futbolçunun çarpaz bağlarının qopduğu öyrənilib. Milli futbolçu zədə səbəbindən mövsümü başa vurub.
Xatırladaq ki, UEFA Avropa Liqasının əsas mərhələsində “Qarabağ” “Olimpiakos”la 2025-ci il yanvarın 30-da səfərdə üz-üzə gələcək.
Qeyd edək ki, Yazıcı bu mövsüm sentyabrın 28-də Pirey təmsilçisinə keçib.
- Leon Beyli "Hall Siti"yə doğru: Prezident açıqladı
- Acun Ilıcalı: "Türkiyədəki neqativ mühitdən bezdim"
- Qonzalo Qarsiya "Fulhem"də – "Real" gələcək satışdan da qazanacaq
- Əl-Xelaifi FIFA prezidentliyinə namizəd olacaq? – İnfantinoya rəqib axtarılır
- "Bolonya" və "Roma"dan hücumçu barteri – Dovbik getdi, Kastro gəldi
0
0