[b]UEFA Buffonu cəzalandırdı[/b]
05.06.2018 - 18:01
[b]UEFA Buffonu cəzalandırdı[/b]

UEFA “Yuventus”un sabiq qapıçısı Canluici Buffonu cəzalandırıb. Apasport.az saytının məlumatına görə, buna səbəb veteran qolkiperin Çempionlar Liqasının 1/4 final mərhələsində “Real”la qarşılaşmadakı hərəkəti olub.

 

Belə ki, İspaniyada keçirilən cavab qarşılaşmasının son dəqiqələrində “Yuve”nin qapısına təyin edilən penaltidən sonra hakimi təhqir edərək qırmızı vərəqə alan İtaliya millisinin üzvü matçdan sonra “hakimin ürəyinin yerində zibil qutusu olmalıdı”, - deyə açıqlama vermişdi.

 

Buna görə üzr istəməyən qolkiper UEFA tərəfindən 3 matçlıq diskvalifikasiya olunub. Bu isə deməkdi ki, PSJ-yə keçidi gözlənilən qapıçı növbəti mövsüm Çempionlar Liqasının ilk 3 görüşünü buraxacaq.

 

Qeyd edək ki, öz meydanında böyük hesabla (0:3) məğlub olan “Yuventus” cavab matçında 3:1 hesabı ilə qalib gəlsə də, yarımfinala “Real” adlamışdı.