Ukraynalı futbolçu gələn həftə Fransa klubuna transfer olunacaq
07.01.2023 - 22:19
Ukraynalı futbolçu gələn həftə Fransa klubuna transfer olunacaq

"Atalanta"nın ukraynalı yarımmüdafiəçisi Ruslan Malinovski "Marsel"ə keçməyə yaxındır.

Apasport.az xəbər verir ki, jurnalist və insayder Fabritsio Romanonun "Twitter" hesabında verdiyi məlumata görə, müqavilənin maliyyə tərəfi 12 milyon avro və bonuslar təşkil edəcək. Transferin gələn həftə baş tutacağı gözlənilir.

Qeyd edək ki, Ruslan Malinovski 2019-cu ilin yayından “Atalanta”nın futbolçusudur. Bu mövsüm "Atalanta" üçün bütün yarışlarda 19 oyunda iştirak edən yarımmüdafiəçi 2 qol vurub və 2 məhsuldar ötürmə edib.

0