[b]“Uruqvay millisinin əsl azarkeşiyəm” - Qrizmann[/b]
05.07.2018 - 16:52
[b]“Uruqvay millisinin əsl azarkeşiyəm” - Qrizmann[/b]

Fransa millisinin hücumçusu Antuan Qrizmann dünya çempionatının 1/4 final mərhələsindəki rəqibləri Uruqvay yığması barədə fikirlərini bildirib. Apasport.az saytının xarici mətbuata istinadən məlumatına görə, ulduz futbolçu cənubi amerikalıların azarkeşi olduğunu etiraf edib.

 

Uruqvayla bağlılığı olduğu deyilən Qrizmann orda dostlarının yaşadığını vurğulayıb: “Mən Uruqvay millisinin əsl azarkeşiyəm. Orda çoxlu dostlarım var. Bir dəfə Dieqo Qodindən Edinson Kavaninin formasını istədim və aldım. Bundan əlavə, “WhatsApp” profilimə Uruqvay bayrağının şəklini qoymuşam”.

 

Qeyd edək ki, Fransa – Uruqvay görüşü sabah keçiriləcək.