Avropa Liqasının I təsnifat mərhələsində “Neftçi” ilə qarşılaşacaq “Uypeşt” ölkəmizə səfərə hazırlaşır. Apasport.az-ın klubun rəsmi saytına istinadən məlumatına görə, məşqçilər korpusu Bakıya gətirəcəyi heyəti müəyyənləşdirib.
Belə ki, baş məşqçi Neboyşa Vinyeviç ilk qarşılaşma üçün 19 futbolçuya ehtiyac duyub. Onlardan 3-ü qapıçı, 5-i müdafiəçi, 7-si yarımmüdafiəçi, 4-ü isə hücumçudu.
Qapıçılar: Filip Payoviç, David Banai, Benke Gundel-Takaş;
Müdafiəçilər: Kristof Şuts, Robert Litauşki, Miyuşko Boyoviç, Benjamin Balaş, Dzenan Burekoviç
Yarımmüdafiəçilər: Benke Pavkoviç, Benjamin Çeke, Alassane Diallo, Boyan Sankoviç, Daniel Naqi, Donat Şoter, Obinya Nvobodo
Hücumçular: Patrik Tişler, Viktor Angelov, Branko Paulyeviç, Soma Novotnı.
Qeyd edək ki, “Neftçi” – “Uypeşt” görüşü iyulun 12-də “Dalğa Arena”da keçiriləcək.