[b]“Uypeşt” və “Neftçi” müqayisəsi [/b]
10.07.2018 - 14:10
[b]“Uypeşt” və “Neftçi” müqayisəsi [/b]

“Neftçi”nin Avropa Liqasının I təsnifat mərhələsindəki rəqibi “Uypeşt”in dəyəri açıqlanıb. Apasport.az xəbər verir ki, bu barədə yerli 24.hu saytı məlumat yayıb.

 

Bildirilir ki, “Uypeşt”in ümumi dəyəri 6 milyon 230 min avrodu. Maraqlıdı ki, Macarıstanın avrokuboklarda iştirak edən 4 klubu arasında ən aşağı göstərici məhz “Uypeşt”ə məxsusdu. Komandanın ən bahalı oyunçusu 450 min avro ilə hücumçu Soma Novotnıdı.

 

“Neftçi”nin ümumi dəyəri isə 6,3 milyon avro göstərilib. Bakılıların heyətində yarımmüdafiəçi Soni Mustivar və müdafiəçi Kiril Petrov (540 min avro) digərlərindən fərqləndirilib.

 

Qeyd edək ki, “Neftçi” ilə “Uypeşt” arasında ilk oyun iyulun 12-də “Dalğa Arena”da keçiriləcək.