[b]“Uypeşt”in Bakıya gəlişi yubanır[/b]
11.07.2018 - 20:35
[b]“Uypeşt”in Bakıya gəlişi yubanır[/b]

Avropa Liqasının I təsnifat mərhələsində “Neftçi”nin qonağı olacaq “Uypeşt” bu gün ölkəmizə səfər edir. Apasport.az saytının məlumatına görə, komandanın Bakıya gəlişi yubanır.

 

Belə ki, Macarıstan təmsilçisini paytaxtımıza gətirən təyyarənin bir qədər gecikdiyi məlumatı verilib. Bu səbəbdən baş məşqçi Neboyşa Vinyeviçin bu gün keçirilməsi nəzərdə tutulan mətbuat konfransı ləğv edilib.

 

Qeyd edək ki, sabah “Dalğa Arena”da keçiriləcək “Neftçi” – “Uypeşt” matçı 21:00-da start götürəcək.

0