Van Qal Belçika yığması haqda: “Həyat yoldaşımı inandırmalıdırlar”
02.12.2022 - 18:22
Van Qal Belçika yığması haqda: “Həyat yoldaşımı inandırmalıdırlar”

“Biz dünya çempionu olmaq istəyirik. Cəmi dörd oyunumuz qalıb”.

Apasport.az saytının məlumatına görə, bunu Niderland millisinin baş məşqçisi Lui van Qal deyib.

Təcrübəli mütəxəssis gələcək karyerası barədə danışıb. O, Belçika millisini çalışdırmaq ehtimalına münasibət bildirib: “Necə olacağını bu matçlardan sonra görəcəyik. Əgər biz dünya çempionu olsaq, yeni müqavilə təklifi alacam. Niderland mətbuatına inansaq, biz çempion olmayacağıq. Belçika millisində işə gəlincə, bu, çox gözəl ölkədir. Bu ölkəni bəyənirəm. Amma onlar əvvəl mənim həyat yoldaşımı inandırmalıdır. Əgər ciddi olsaq, belə qərarları özüm verirəm. İndi Niderland millisi ilə çalışıram. Biz dünya çempionu olmaq istəyirik”.

Qeyd edək ki, Niderland dekabrın 3-də 1/8 finalda ABŞ ilə qarşılaşacaq.

0
DİGƏR XƏBƏRLƏR
Loading...