“Vest Hem” braziliyalı hücumçunu heyətinə qatıb
03.01.2026 - 13:21
“Vest Hem” braziliyalı hücumçunu heyətinə qatıb

İngiltərə Premyer Liqası təmsilçisi “Vest Hem” heyətini yeni hücumçu ilə gücləndirib.

Apasport.az xəbər verir ki, London klubu Portuqaliyanın “Jil Visente” komandasında çıxış edən Pablo Felipeni transfer edib.

Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

“Vest Hem” braziliyalı forvard üçün Portuqaliya təmsilçisinə 23 milyon avro ödəyib. 22 yaşlı futbolçu ilə 2029-cu ilə qədər nəzərdə tutulan müqavilə imzalanıb.

Qeyd edək ki, Pablo Felipe bu mövsüm “Jil Visente”nin heyətində meydana çıxdığı 14 rəsmi matçda 10 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.