“Bavariya”nın yarımmüdafiəçisi Arturo Vidalın “İnter”ə transferinin yeni detalları məlum olub. Apasport.az saytının “Football Italia”ya istinadən məlumatına görə, 31 yaşlı futbolçu “neradzurrilər”in rəhbərliyi ilə müqavilənin şərtlərini razılaşdırıb.
Vidalın sazişi üç il müddətinə nəzərdə tutulacaq. Onun yeni iş yerindəki illik qazancı 5 milyon avro olacaq.
Qeyd edək ki, daha öncə “İnter”in Vidalı icarə əsasında heyətinə qatacağına dair xəbərlər yayılmışdı.
-----
“İnter” “Bavariya”nın yarımmüdafiəçisi Arturo Vidalın transferi ilə bağlı çalışmalarını davam etdirir. Apasport.az saytının “La Gazzetta dello Sport”a istinadən məlumatına görə, Münhen klubu çilili futbolçunun komandadan ayrılmasına razılıq verib.
“İnter” tərəfi almanların yüksək maliyyə tələbləri səbəbindən keçidin baş tutmasına az ehtimal versə də, sonda “Bavariya” rəhbərliyi sonradan satın almaq şərti ilə Vidalın Milan təmsilçisinə icarə əsasında keçməsinə razılıq verib.
Qeyd edək ki, 31 yaşlı futbolçu 2015-ci ildən bəri “Bavariya”da çıxış edir. 2017-18 mövsümündə 22 matçda meydana çıxan Arturo Vidal 6 qol, 3 məhsuldar ötürmə ilə yadda qalıb.