[b]Villian qərarını verdi: “Çelsi”də çox xoşbəxtəm [/b]
30.07.2018 - 23:00
[b]Villian qərarını verdi: “Çelsi”də çox xoşbəxtəm

[/b]

Braziliya millisinin futbolçusu Villianın taleyinə aydınlıq gəlib. Apasport.az saytının məlumatına görə, İngiltərənin “Çelsi” klubunu tərk edəcəyi gözlənilən yarımmüdafiəçi dolaşan xəbərlərə münasibət bildirib.

 

Cənubi amerikalı London klubundan ayrılmaq niyyətində olmadığını bildirib: “Sabah İngiltərəyə qayıdıb, klubun düşərgəsinə qoşulacam. “Çelsi”də və Londonda yaşamağıma görə çox xoşbəxtəm”.

 

Qeyd edək ki, Villianın “Mançester Yunayted”, “Barselona” və “Real”a keçəcəyi ilə bağlı xəbərlər yayılmışdı.